KRESLODAN ZİNDANA! Rüşvətxor məmurlar islahatlar dalğasında BOĞULACAQ
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov həbs edilib. Hüquq- mühafizə orqanları keçmiş məmuru ciddi korrupsiya faktları ilə saxlanılıb.S. Müslümov DGK-nin sədr müavini olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiə Naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Bu, ölkədə islahatlar dalğasının getdiyinin növbəti təzahürüdür. Görünür, bəzi məmurlar “ağıllanmayanadək” analoji proseslər davam edəcək.
KAİM.az xəbər verir ki, məsələ barədə “Sherg.az”a danışan millət vəkili,“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bu fikirdədir:
“Vəzifə səlahiyyətlərindən sui-istifadə edən hər bir məmuru eyni aqibət gözləyir. Gec-tez hər biri törətdiyi əmələ görə cavab verməli olacaq. Azərbaycan tarixində artıq yeni inkişaf mərhələsi başlayıb. Və bu mərhələdə bizim qarşımızda duran xeyli məsələlər var.
Ona görə məmurlar da öz işlərinə diqqətlə yanaşmalıdırlar. Əlbəttə, həyata keçirilən islahatlar davamlı prosesdir. Hansısa neqativ halların üzə çıxmaması üçün bu, çox vacibdir. Amma Prezidentin söylədiyi kimi, belə məsələlərdə ictimai rəy də mühüm rol oynayır.
Yəni baş verən özbaşınalıqlara ictimaiyyət də reaksiya verməlidir ki, daha keyfiyyətli və operativ nəticə olsun”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR