» » "Heydər zivəsi"nə yürüş etmək istəyənlərin nəzərinə!

"Heydər zivəsi"nə yürüş etmək istəyənlərin nəzərinə!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Sosial
"Heydər zivəsi"nə yürüş etmək istəyənlərin nəzərinə!



“Heydər zirvəsi”nə kütləvi yürüş olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yürüş 3-11 may 2014-cü il tarixlərində təşkil ediləcək. Yürüş Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut üzrə təşkil olunacaq. Kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilib.

Yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Əmri ilə Təşkilat Komitəsi yaradılıb. Komitə üzvlərinin fəaliyyət istiqamətləri üzrə konkret vəzifələr müəyyənləşdirilib və bu istiqamətdə tədbirlərin görülməsinə start verilib. Komitənin aktiv fəaliyyətinin təmin olunması üçün Xüsusi Qərərgahın formalaşdırılması qərara alınıb, Qərərgaha rəhbərlik Şahdağ Milli Parkının direktoruna həvalə olunub və Qərərgahın üzərinə öhdəliklər qoyulub. Öhdəliklərə görə Qərərgah müraciətlərlə bağlı icazə prosedurunu ən qısa müddət ərzində tamamlamalı, marşrutları müəyyən etməli, yürüş iştirakçılarının Milli Parkda yüksək səviyyədə qəbulunu, yerləşdirilməsini və qrafik üzrə zirvəyə qalxaraq memorialı ziyarətini tənzimləməlidir. Düşərgənin qurulmasında, idman avadanlıqlarının təchizində isə ayrı-ayrı təşkilatlar və FAİREX Qərərgaha dəstək verir.

Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi şəxslər 1 may 2014-cü il tarixədək qərərgaha müraciət etməlidirlər. Sənədlər yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün əvvəl təqdim olunmalıdır. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Qərərgahın Məlumat Xidmətindən almaq mümkündür (Qərərgahın ünvanı: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi, tel: (+994)-23-353-66-63, (+994)-55-243-60-30, fax: (+994)-23-353-66-63, e-mail: heyderzirvesi2014@gmail.com, Skype: heyderzirvesi2014, Facebook: heyderzirvesi və ya https://www.facebook.com/shahdaq.millipark).

Qanunvericiliklə nəzərdə tutulan sənədləri vaxtında təqdim etməyən şəxslərə Milli Park ərazisinə giriş üçün icazə verilməyəcək.

Qeyd edək ki, bu ənənənin tarixi 1998-ci ildən başlayıb. Saridan Mursaqulovun başçılıq etdiyi bir qrup Azərbaycan alpinisti “Qızıl Qaya” massivinin 3751 metr hündürlüyə malik zirvəsinə yürüş etmiş və məhz o zirvəyə Ümumilli Liderin şərəfinə Heydər Əliyevin adı verilib. Həmin ekspedisiya zamanı zirvəyə heykəltaraş Münəvvər Rzayeva tərəfindən hazırlanmış üzərində Heydər Əliyevin barelyefi olan bürünc lövhə yerləşdirilib. Həmin ildən başlayaraq hər il Ulu Öndərin doğum günü ərəfəsində "Heydər zirvəsi"nə yürüş ənənəvi xarakter daşıyır.



QafqazPRESS.az
banner125x125 banner125x125