Nazir ali məktəblərə qoyulan qadağanı ləğv etmədi
“Növbət tədris ilində özəl ali məktəblərin jurnalistika fakültələrinə qəbul aparılmayacaq”.
Bunu AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib ki, 2014/2015-ci tədris ili üçün heç bir özəl ali təhsil müəssisəsinə “jurnalistika” ixtisası üzrə tələbə qəbulu planlaşdırılmayıb.
Qeyd edək ki, 2012-2013-cü tədris ilindən başlayaraq özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbul dayandırılıb. Bu ixtisas üçün tələbələr ancaq dövlət ali məktəblərinə müraciət edə bilər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev isə bunun səbəbini açıqlayıb: “Komissiyada müzakirə olunub, özəl ali məktəblərdə bu ixtisas üzrə aparılan hazırlıq qənaətbəxş deyil, ona görə də keyfiyyəti artırmaqdan ötrü yerlər azaldılıb”.
Məlumat üçün isə qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi gələcəkdə hər hansı ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda bu ixtisas üzrə tələbə qəbulunun bərpa oluna biləcəyini bildirmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR