Azərbaycana qar yağdı
Qax rayonu ərazisinə qar yağıb. Dağlara yağan qar səbəbilə yüksək dağ kəndlərində havanın tempraturu xeyli aşağı düşüb
16:53
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, dünəndən etibarən bölgədə hökm sürən qeyri-sabit hava şəraitindən sonra gecə saatlarından başlayaraq dağlıq ərazilərə qar yağıb. Dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərini əhatə edən dağ zirvələri ağ örpəyə bürünüb.
İyun ayında qarın yağması xarakterik olmasa da, İlisu ağsaqqalları əvvəllər də belə hadisələrlə üzləşdiklərini bildirirlər. Onlar bu ərazinin dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşdiyini, bu səbəbdən hətta avqust ayında belə dağ zirvələrinə qarın yağmasını dəfələrlə müşahidə etdiklərini deyirlər.
Qeyd edək ki, Qax rayonunun İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın yağdığı dağ zirvələri isə dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir.
----------
13:10
Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın Zaqatala rayonu ərazisinə qar yağıb
Milli.Az APA-ya istinadən bildirir ki, iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil.
Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR