Sabah da külək olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət isə 85-95 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR