“İlham Mirzəyevin həbs müddətinin uzadılmasının səbəbini demirlər” - Vəkil
“Biz qanuna tabeyik. Baş verənlər bizim iddiamızdan asılı deyil”. Bunu Modern.az-a vəkil Xanlar Bayramzadə tanınmış televiziya aparıcısı İlham Mirzəyevin həbs müddətinin növbəti dəfə uzadılmasına münasibət bildirərkən deyib:
“Bizə istintaqın hansı səbəbdən uzadıldığını da bildirmirlər. İstintaq gedir, bu prosesə müdaxilə etməyə isə ixtiyarımız yoxdur. İlham Mirzəyev özü də qanuna riayət edən adam olaraq səbrlə gözləyir. Düşünürəm ki, proseslər onun xeyrinə olacaq”.
Teleaparıcının səhhətinə gəlincə, vəkil bunları deyib: “İnsandır, xəstələnər də, sağalar da. İnşallah, hər şey yaxşı olacaq”.
Vəkilin sözlərinə görə, ailəsi ilə də görüşməsinə normal şərait yaradılır.
Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR