"Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları -2016"nı təqdim etdi"
//
Tarix: 08 noyabr 2016
//
Bölmə: ---
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim edib.
Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
"Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.
"Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları aşağıdakılardır:
• Milli Aviasiya Akademiyası
• ADA Universiteti
• Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
• Azərbaycan Dövlət İqtisad Universiteti
• Azərbaycan Tibb Universiteti
• Azərbaycan Texniki Universiteti
• Azərbaycan Memarlıq və İnşaat Universiteti
• AMEA Riyaziyyat və Mexanika İnstitutu
• AMEA İnformasiya Texnologiyaları İnstitutu
• AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
• AMEA Neft-Kimya Prosesləri İnstitutu
• AMEA İdarəetmə Sistemləri İnstitutu
• AMEA Polimer Materialları İnstitutu
"Web of Science” mükafatına layiq görülən Azərbaycanın elmi jurnalları aşağıdakılardır:
• Azerbaijan Journal of Mathematics (AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən nəşr olunur);
• Khazar Journal of Humanities and Social Sciences (Xəzər Universiteti tərəfindən nəşr olunur);
• TWMS Journal of Pure and Applied Mathematics (Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşr olunur).
Bu jurnallar bir müddət əvvəl Web of Science referativ bazasına daxil olunmasına baxmayaraq, keyfiyyəti, ölkədə və xaricdə elmi mühakimə inkişafına təsirinə görə dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib.
Mükafatlar, həmçinin “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən “Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim (Workshop “Azerbaijani scientific journals: progressing towards international levels”) keçirilib. Seminar-təlimdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrlərin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarında istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan başqa, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub (məsələn, Open access, ORCID və CrossRef kimi), həmçinin, beynəlxalq verilənlər bazalarında işin optimallaşması ilə bağlı məlumat verilib (məsələn, "Web of Science" kimi). Belə seminar-təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR