İranlı keçmiş səfir: Gəncəyə hücum cinayətdir
Ermənistanın Azərbaycanın mülki yaşayış massivlərini, Gəncə şəhərini atəşə tutması cinayətdir və artıq müharibənin bir hissəsi hesab oluna bilməz.
Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
M.Pakayinin sözlərinə görə, müharibəni başqa şəhərləri vurmaqla cinayətə çevirmək olmaz. Buna görə, BMT baş katibi və Təhlükəsizlik Şurası rəhbərinin əsas vəzifələrindən biri cinayətin qarşısını almaq üçün qətiyyətli addım atmaqdır.
Pakayin əlavə edib ki, rəsmi məlumatlar Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonda gedən döyüşlər zamanı Azərbaycanın digər bölgələrini və mülki əhalini atəşə tutmasını təsdiqləyir.
Keçmiş səfir qeyd edib ki, Qarabağda gedən müharibə BMT Təhlükəsizlik Şurası üçün başqa bir sınaqdır. Bu şura münaqişəyə son qoyulması və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxması üçün 4 qətnamə qəbul edib.
“BMT Təhlükəsizlik Şurası bu qətnamələrin müddəalarının icrası istiqamətində qanuni mexanizmlərdən istifadə etməlidir. Eyni zamanda yaşayış massivlərinə hücumların edilməməsi və cinayətin baş verməsinin qarşısını alması üçün lazımi tədbirlər görməlidir”.
Pakayin bildirib ki, insan haqları və silahlı qarşıdurmalarla əlaqədar qanunlara riayət olunması, o cümlədən Cenevrə konvensiyaları tələb edir ki, mülki əhalinin dəstəklənməsi ilə əlaqədar BMT və BMT Təhlükəsizlik Şurası günahsız insanların hüquqlarının pozulması və qeyri-hərbi məkanlara xəsarətin yetirilməsi qarşısında mövqe nümayiş etdirməlidir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR