Bu videonu çəkdi və intihar etdi - VİDEO

Bu videonu çəkdi və intihar etdi - VİDEO

Türkiyədə 24 yaşlı şəxs intihar edib. Boğaziçi körpüsünə çıxan gənc polisinin təkidinə baxmayaraq özünü dənizə atıb. Gecə 03.30-da intihara cəhd edən Mehtap Zəngin adlı şəxsi xilas etmək mümkün olmayıb.

Sahil Təhlükəsizlik və Dəniz Polisi tərəfindən qısa müddətdə şəxsin cəsədi tapılıb. Üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığı üçün gəncin ailəsinə xəbər verilməyib.

Mehtap Zəngin ölümündən öncə intihar səbəblərini söyləyib: "Bir çoxları mənim dostum deyilmiş. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq bəzi şeyləri öyrəndim. Hər kəsin istədiyi şeyi edirəm. 24 yaşımda həyatımı sona çatdırıram. Sabah qəzetlərin 3-cü, 4-cü və ya 1-ci səhifələrində mənim adımı eşidəcəksiniz. Hamınızı öpürəm, Allaha əmanət olun".

Anasından, kiçik itinə sahib çıxmasını da istəyən Zəngin sözlərinə belə davam edib: "Tək istəyim var. O da itimlə bağlıdır. Ana, mənim evdəki itimi götür. Ona çox yaxşı baxacağını bilirəm. Ana onu sənə əmanət edirəm. O nəcisini evə etmir. Ona hirslənmə" , - deyə transvistit gənc yazıb.
5-01-2015, 23:05

Ebru Gündəşin boşanma istəyinə təhdid

17-25 dekabr əməliyyatları əsnasında kasetlər internetə düşən Rza Sarraf'dan boşanmaq istəyən Ebru Gündəşin, təhdidlər səbəbiylə evliliyini davam etdirdiyi iddia edildi.



Ebru Gündəşin boşanma istəyinə təhdid


Müğənni Ebru Gündəş və 17-25 dekabr korrupsiya əməliyyatlarında adı keçən Rza Sarraf'ın boşanacaqları iddia edildi.

Türkiyənin Bəyaz TV kanalının ekranlarında nəşr olunan maqazin proqramı 'Danışmasam Olmaz'da Ebru Gündəş ilə Rza Sarraf'ın boşanacağı iddia edildi.

EBRU BOŞANMAQ İSTƏYİR

Verilişdə Ebru Gündəşin kaset hadisələrindən sonra cütlüyün arası pozulduğu danışıldı. İddialara görə Ebru Gündəş kaset çıxan "Ən gözəllərini mənə ayır" sözünü eşitdikdən sonra dərhal boşanmaq istədi ancaq Rza Sarraf, Ebru Gündəşi uşağı göstərməməklə təhdid etdi.

INSTAGRAM'DAN MÜƏMMALI MESAJ

Bu iddiaların ortaya atılmasının ardından Ebru Gündəşin Instagram hesabından paylaşdığı bu fotoşəkil iddiaları gücləndirdi.

Ebru Gündəşin boşanma istəyinə təhdid


Ebru Gündeş canlı yayında ağlamışdı

Həyat yoldaşı Rza Sarraf'ın İstanbul mərkəzi rüşvət və korrupsiya əməliyyatında həbs olunmasının ardından ilk dəfə ekrana çıxan Ebru Gündəş romantik anlar yaşamışdı.

Böyük bir narahatlıq yaşadığını və bunu izah edən Gündəş, bu çətin günləri də keçirəcəyini və işini davam edəcəyini söyləmişdi. Güdəş'in canlı yayımdan o sözləri;

"Çox çaşmış və kədərli olduğum bir mövzu. Rza mənim uşağımın atası və mənim də həyat yoldaşımdır. Biz çox sevərək evləndik. Biz bir söz verdik yaxşı və pis gündə birlikdə olacağımız üçün. Bilirəm ki, hər gecənin bir səhəri var. Bilirəm ki bunun da bir sabahı var . Həyatda hər şey heç kim unutmasın ki insan üçün. Daha əvvəl çox pis bir xəstəlik yaşadım və 10 gün sonra yenə bu kanalda televiziyaya çıxdım. Evlənmədən əvvəl də işimi edirdim, evlənincə də işimi etdim, bundan sonra da edəcəyəm. Allahım inşallah bu qaranlıq günlər çox tez keçər; çünki uşağımın inciməsinə istəmirəm. İnşallah tez keçər. Bədən olaraq buradayam amma ruh olaraq əsla burada deyiləm çünki içim qan ağlayır. "
5-01-2015, 22:49





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.