Konqresmen `Azərbaycan qrupu`na qoşuldu
Aprelin 9-da ABŞ Konqresinin üzvü Con Larson (John B. Larson) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub.
Bununla İşçi Qrupundakı üzvlərin sayı 64-ə çatıb.
Demokratlar Partiyasından olan konqresmen C.Larson ABŞ Konqresində Konnektikut ştatına aid seçki dairəsini təmsil edir.
2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR