Ancelina Coli Bred Pittlə... üzdə ağ ləkə
Tanınmış aktrisa Ancelina Coli vətəndaş nikahı ilə yaşadığı həyat yoldaşı Bred Pittlə birlikdə "Sadə ürək" filminin premyerasına qatılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, təqdimat Nyu-Yorkun Ziegfeld kinoteatrında baş tutub.
Baş rollarda Culiya Roberts, Cim Parsons, Mark Ruffalo və Mett Bomer çəkiliblər.
"Malifisenta" filminin də təqdimatında olduğu kimi, cütlük eyni üslubda paltar geyinmişdi. Bu dəfə Bred tünd-mavi rəngli ikibortlu pencək, qara köynək və qara şalvar geyinmişdi. Coli isə qara paltarda qırmızı xalıya çıxmışdı.
Bütün tədbirlərdə gözəl görünməyi bacaran Colinin bu dəfə makiyajı uğursuz alınmışdı. Onun üzündəki ağ ləkə açıq-aydın görünürdü.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR