» » Anamın məzarına ithaf

Anamın məzarına ithaf

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Anamın məzarına ithaf




BU YAŞIL AĞACIN ALTI BİZİMDİR

(Xalq şairi Zəlimxan Yaquba nəzirə)

Baharda, payızda, qışda yaşıldır,
Bu ahıl, bu qoca yaşda yaşıldır.
Altında torpaq da, daş da yaşıldır,
Bu yaşıl ağacın altı bizimdir.

Lalə qoxu verər, bənövşə ətir,
Yarpağı, çiçəyi qönçə-qönçədir.
Tutar başımıza budaqlar çətir,
Bu yaşıl ağacan altı bizimdir.





Mənzili yaxındır uzaq yolların,
Dincələk üstündə çığır qolların.
O yaşıl ağacın altı onların,
Bu yaşıl ağacın altı bizimdir.

Gün-gecə quşların səsində ahəng,
Altında bitəcək güllər rəngbərəng,
Bahar qəbrimizə döşəyər çələng,
Bu yaşıl ağacın altı bizimdir.

Keçəcək könlümdən hər gün, hər sabah,
Yansam kölgəsinə bağlaram pənah.
Bu yeri özgəyə qıyma, ay Allah!
Bu yaşıl ağacın altı bizimdir.

Nə qəlb həsrət çəkər, nə göz yol çəkər,
Bizə ölüm-itim batarmı məgər?!
Ölsəm sevinərəm, bilsəm ki, əgər
Bu yaşıl ağacın altı bizimdir.

Olsun ürəyimin sonuncu kamı,
Vəsiyyət eyləyim, eşitsin hamı.
Yanında yalandır imarət damı,
Bu yaşıl ağacın altı bizimdir.

Bir gün gedəsidir hər gələn nəfəs,
Düşməşin araya ayrılıq əbəs.
Bizi heç ölüm də ayıra bilməz,
Bu yaşıl ağacın altı bizimdir.




Yadigar Xanmuradlı,
Almaniya, 7 dekabr 2007-ci il





QafqazPRESS.az
banner125x125 banner125x125