» » Düşmənin zenit qurğusu məhv edildi - VİDEO

Düşmənin zenit qurğusu məhv edildi - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 noyabr 2020
//
Bölmə: Gündəm
Düşmənin zenit qurğusu məhv edildi - VİDEO


Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.


POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125