» » ''Qarabağ Rusiyanın yox, Azərbaycanın nəzarətinə keçir'' - AÇIQLAMA

''Qarabağ Rusiyanın yox, Azərbaycanın nəzarətinə keçir'' - AÇIQLAMA

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 noyabr 2020
//
Bölmə: Siyasət
''Qarabağ Rusiyanın yox, Azərbaycanın nəzarətinə keçir'' - AÇIQLAMA


''Qarabağ Rusiyanın yox, Azərbaycanın nəzarətinə keçir!''. Bu proses Türkiyə Cümhuriyyəti, onun siyasi və hərbi elitasının yaxından və sistemli dəstəyi sayəsində baş verir''.
Qafqazpress.az Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi-şərhçi Elçin Alıoğlu bildirib. O deyir ki,Türkiyə heç vaxt bu prosesi Rusiyaya dövr edib, kənara çəkilməz.
''Türkiyə neçə aydır ölkəmizdə bu cür möhtəşəm (hərbi təlimlərdən üzü bu tərəfə) işlər aparır .Türkiyə Azərbaycanı Rusiyaya təslim etməz. Türkiyə Azərbaycanı yalnız buraxıb çəkib getməz! Prezident İlham Əliyev xalq ilə birlikdə möhtəşəm qələbəyə imza atdı. İlham Əliyev Azərbaycanı bütövləşdirir.İşğaldakı torpaqları - Qazax rayonunun 7 kəndi də daxil - işğaldan azad edir.
Ali Baş Komandan Şuşa daxil torpaqlarımızın bir qismini hərbi yolla azad etdi, yerdə qalanını da diplomatik yolla qaytarır''.
Elçin Ağaoğlu qeyd edib ki, Türkiyə Ordusunun bölmələrinin Qarabağda sülhməramlı qismində iştirakı haqda da məlumatlar var.
''Daha nə istəyirik ki... Bir də hazırda Ermənistan və Azərbaycan cəmiyyətlərinin reaksiyalarına baxaq. Düşmən ölkədə hamı qəzəblidir, Paşinyanı axtarır, dövlət idarələrinə hücum edir. Əsəbi kütlə Ermənistan parlamentinin spikerini linç edib.
Azərbaycanda, paytaxt Bakıda isə xalq gecəyarıdan küçələrə axışıb qələbəni bayram edir. Ortada Azərbaycanın möhtəşəm qələbəsi var. Xalqımız hazırda ona sahib çıxır. Çünki bu onun halal haqqıdır!''.
banner125x125 banner125x125