Qardaşımın qanı yerdə qalmadı - FOTO
Gəlmişəm şəhid qardaşıma gözaydınlığı verim.
Qafqazpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şəhidlər Xiyabanında şəhid qardaşı Adil Qasımovu ziyarətə gələn Diləfruz Qasımova deyib.
O bildirib ki, qardaşı 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub: "Azərbaycan xalqının gözü aydın olsun, millətimin gözü aydın olsun. Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ömrüm boyu borcluyam. Qardaşımın qanı yerdə qalmadı. İnşallah Allah qismət eləsə Laçından güllər toplayıb qardaşımın məzarı üstünə düzəcəyəm. Azərbaycan xalqı var olsun. Azərbaycan əsgərinin, Azərbaycanın Ali Baş Komandanı qarşısında baş əyirəm. Əhd eləmişdim, torpaqlarımız azad olunsun, qardaşımın məzarı üstündə Qarabağ Şikəstəsi oxuyacam və oxudum".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR