» » Azərbaycanın Müdafiə Nazirliyindən qisas açıqlaması

Azərbaycanın Müdafiə Nazirliyindən qisas açıqlaması

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 01 avqust 2014
//
Bölmə: Sosial
Azərbaycanın Müdafiə Nazirliyindən qisas açıqlaması


“Hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq!”.

İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Naziriliyindən verilən məlumata görə, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

“Şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaqdır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!”
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125