`Qırmızı Fənərlər` küçəsi insan alverinə qarşı- VİDEO
Amsterdamın Qırmızı Fənərlər küçəsi leqal əxlaqsızlıq yuvaları ilə bütün dünyada məşhurdur. Lakin burada xidmət edənlərin bir çoxu aldadılaraq gətirilən insan alverinin qurbanı olmuş qadınlardır.
Bura gələn və bordellərin xidmətindən istifadə edənlər isə hansı adamların cibini doldurduqlarını ola bilər, heç bilməsin. Bu səbəbdən də “İnsan Alverinə Son” («STOP THE TRAFFIK») ümüdünya aksiyasının iştrakçıları, məkanı sosial rolikləri üçün ünvan seçir.
Vitrində dayanan fahişə qadınların birdən effektli rəqs etməyə başlaması insanları bu problemə diqqət cəlb etmək niyyəti daşıyır. Rəqs bitdikdən sonra isə bardelin damında böyük reklam monitorunda bu sözlər yazılır: “Hər il minlərlə qadına Qərbi Avropada rəqqaslıq karyerası söz verilir. Təəssüf ki, axırda onlar məhz burda tapılır”.
AzVision.az aksiyanın videoyazısı və bu problemə həsr edilən 15 ən effektli sosial reklamın şəklini oxucularına təqdim edir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR