» » Azərbaycanda vətəndaşlardan şit zarafat

Azərbaycanda vətəndaşlardan şit zarafat

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Azərbaycanda vətəndaşlardan şit zarafat



DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair vurulan elanla bağlı məlumat yayıb.


“Qafqazinfo” xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar. Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər. Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.




QafqazPRESS.az
banner125x125 banner125x125