Şamaxıda yenə zəlzələ olub
Dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb
Şamaxı rayonunda daha bir zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AYNA-ya verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl fevralın 16-da Şamaxı və Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınmışdı. RSXM-in yaydığı məlumatda bildirilib ki, hər iki təkanda dərinlik Yer səthinə yaxın olub. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometr olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR