İlham Əliyevə dünyanın ilk ensiklopediyasının surəti verildi
Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışında iştirak edib. ANS PRESS-in məlumatına görə, İlham Əliyev elmi mərkəzin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyev 2012-ci il iyulun 25-də imzaladığı sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılıb.
Akademiya şəhərciyinin ərazisində inşa edilən beşmərtəbəli binada hər cür şərait yaradılıb. Binanın foyesində Heydər Əliyevin büstü ucaldılıb.
İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür.
Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”, 847-ci ildə hazırlanan dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunan kitabları təqdim edilib.
İlham Əliyev binada yaradılan şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR