» » İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadın ailəsinə təhvil verildi - YENİLƏNİB + VİDEO

İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadın ailəsinə təhvil verildi - YENİLƏNİB + VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 12 avqust 2020
//
Bölmə: Hadisə

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyən edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görəonun Zaqatala rayonu Uzun Tala kənd sakini 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.
Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaq, qadını onlara təhvil veriblər.
Balakəndə əqli qüsuru olan qadın tapılıb.
, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.
Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

embedi>
banner125x125 banner125x125