» » Bakıda qəzaya düşən şəxsin ayağı kəsildi

Bakıda qəzaya düşən şəxsin ayağı kəsildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 avqust 2014
//
Bölmə: Kriminal
Bakıda qəzaya düşən şəxsin ayağı kəsildi



15:23

Ölən şəxsin kimliyi dəqiqləşdirilir

Suraxanıda baş verən ağır qəzada yaralanan şəxsin kimliyi məlum olub. 3 saylı xəstəxanadan lent.az-a verilən məlumata görə, qəzada yaralanan 35 yaşlı Samirə Hüseynovanın vəziyyəti ağırdır. Onun ayağı kəsilib. Hazırda yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi araşdırılır.


---------
11:22

Zığ yolunda qadın faciəvi şəkildə ölüb

Bakının Suraxanı rayonu ərazisində gənc qadın meyiti tapıblar.

Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, meyit saat 08:16-da Zığ şosesi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən qadının yaşı təxminən 35 olar. Onun avtomobil zərbəsindən öldüyü müəyyən edilib.

Polis hazırda ölən qadının kimliyini araşdırır. Qadının hansı avtomobil tərəfindən vurulduğunu müəyyən etmək üçün əməliyyata başlanıb.

Faktla bağlı araşdırma aparılır.




QafqazPRESS.az
banner125x125 banner125x125