» » Azərbaycanlı kriminal avtoritet öldürüldü

Azərbaycanlı kriminal avtoritet öldürüldü

Müəllif: Səma Zərdablı
//
Tarix: 14 avqust 2020
//
Bölmə: Hadisə
Azərbaycanlı kriminal avtoritet öldürüldü


Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.
Qafqazpressaz xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.
Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var. (report)
banner125x125 banner125x125