Bayram Kürdəxanlı: "22 yaşımdan narkotikdən istifadə edirəm"

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər
17:20
Onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.
Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".
İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşımdan çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin".
1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur".
Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddə ilə iş başlanıb.
-----------
13:11
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1962-ci il təvəllüdlü Bayramqulu Quliyev iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
B.Quliyevin üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.
Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilən B.Quliyev bazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, B.Quliyev meyxana aləmində Bayram Kürdəxanlı kimi tanınır.
----------
12:34
Məşhur meyxanaçı həbs edilib
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı həbs olunub. Meyxanaçı iyulun 12-də Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərindən narkotik maddə aşkarlanaraq götürülüb. Artıq meyxanaçı barədə iki aylıq həbs-qətimkan tədbiri də seçilib.
Məlumatı Sabunçu Rayon Polis İdarəsindən unikal.org-a tədiqləyiblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR