Ağdamda partlayışda həlak olan əsgər dəfn olundu - FOTO
Fevralın 4-də Ağdam rayonu ərazisində partlayışda həlak olmuş əsgər dəfn olunub.
APA-nın məlumatına görə, 2001-ci il təvəllüdlü Zeynalov Qubad İslam oğlu doğulduğu Hacıqabul rayonunda bu gün torpağa tapşırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub, digər iki hərbi qulluqçu Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR