» » Bakıda uşaq poliklinikası yanıb

Bakıda uşaq poliklinikası yanıb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Hadisə
Bakıda uşaq poliklinikası yanıb


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasında yanğın olub.

Bildirilib ki, poliklinikanın ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub.

Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



QafqazPRESS.az
banner125x125 banner125x125