Etibar Hüseynov məcburi köçkünlərdən üzr istədi
Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynov məcburi köçkünlərdən üzr istəyib.
"Qafqazinfo" xəbər verir ki, deputat bildirib ki, artıq 5-ci gündür təxribatla üz-üzədir:
“Bir telekanaldakı çıxışımda kontekstdən çıxarılmış 3 dəqiqəlik videom tirajlanıb. Bu videodakı çıxışımı media insanlarda mənfi emosiyalar yaradan başlıqlar qoyaraq yayımlayır. Mənim adımdan, dilimdən insanları qıcıqlandıran müsahibələr yayırlar. “Qaçıqınlar kimdi onlardan üzr istəyim “gedin Qarabağda vuruşmağı öyrənin” kimi başlıqlar qoyurlar. Bunlar qara piardır. Məlum çıxışım zamanı insanları bilərəkdən təhqir etməmişəm. Səmimi olaraq deyirəm ki, kimisə təhqir etməyi düşünməmişəm. Həmin insanları incidən hər hansı ifadə işlətmişəmsə, onlardan üzr istəyirəm. Bu məsələni qapanmış hesab edirəm. Bu andan etibarən istintaq başa çatmamış heç bir mediaya açıqlama verməyəcəm”
Spiker deputata cavab olaraq bildirib ki, yaxşı ki, geniş izahat verməmisən: “Mən dünən İntizam Komitəsinin sədri ilə Etibar Hüseynovu dəvət etmişdim. Çox kəskin söhbətimiz oldu. Bacardığı qədər üzr istədi. Bu məsələ barədə danışmasan daha yaxşıdır. Millət vəkillərindən xahiş edirəm ki, məsələni bir daha xırdalamasınlar”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR