» » Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycanda jurnalist vəfat etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Hadisə
Azərbaycanda jurnalist vəfat etdi


Ötən il noyabrın 1-də maşın vurması nəticəsində komaya düşən Avropa.info-nun əməkdaşı Sahib İslamov bu gün səhər saatlarında dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu haqda Avropa.info-ya Sahib İslamovun qardaşı xəbər verib. Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov 6 ay idi ki, komadaydı. Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.

Allah rəhmət eləsin!


QafqazPRESS.az
banner125x125 banner125x125