» » Bakı-Ələt yolunda ağır qəza: Xəsarət alanlar var

Bakı-Ələt yolunda ağır qəza: Xəsarət alanlar var

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 aprel 2019
//
Bölmə: Hadisə
 Bakı-Ələt yolunda ağır qəza: Xəsarət alanlar var


Bakı-Ələt magistral yolunun Sahil qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazpress.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb.
Hadisə zamanı xəsarət alanlar var. Qəza nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.