208 saylı marşrut adam öldürdü
208 saylı avtobus yolu keçən piyadanı vurub. Suraxanıda sərnişin avtobusu piyadanın həyatına son qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb. Mayın 19-da saat 21 radələrində Gürcüstan vətəndaşı Fariz Mahmudov idarə etdiyi “Temsa” markalı 208 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Xəzəngül Fətəliyevanı vurub. Piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR