Gürcüstanda azərbaycanlılara qarşı təxribat
Xəbər verildiyi kimi, ötən gün Gürcüstanın Qardabani rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub. İlkin məlumatlara görə, 200-dən çox insanın iştirak etdiyi davanın əsas səbəbi iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləridir.
Hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədovla əlaqə saxladıq.
Deputat AzVision.az-a açıqlamasında hadisənin şişirdildiyini və soydaşlarımıza qarşı təxribat törədildiyini bildirib.
“Bu, ciddi hadisə deyil. Milli Hərəkat Partiyası fəallarına heç bir hücum olmayıb. Bu, adı çəkilən partiya tərəfindən təxribatdır. Dava milli zəmində baş verməyib. Sadəcə bu məsələni şişirdərək təxribat aparmaq istəyirlər. Məsələnin əsl mahiyyəti araşdırılacaq”.
Ə.Məmmədov Qardabani rayonuna gedərək hadisəni diqqətdə saxlayacağını deyib.
Xatırladaq ki, ötən gün Gürcüstanın Qardabani rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub. Mixail Saakaşvilinin lideri olduğu “Milli Hərəkat” partiyasının yerli şöbəsinin nümayəndəsi Ramin Bayramov mətbuata bildirib ki, partiyanın 4 nəfər gənc fəalı hücuma məruz qalıb. Dava iştirakçılarının sayının 200-ə çatdığı və hadisə yerinə gələn polis əməkdaşlarının havaya atəş açmağından sonra vəziyyətin nəzarətə götürüldüyü bildirilir.
“Milli Hərəkat” və “Gürcü koalisiyası” nümayəndələrinin bildirdiyinə görə, gənclərin arasında baş vermiş dava etnik zəmində olmayıb. Onlar bunu iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqələndiriblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR