Gəncədə qumarxana aşkarlanıb
Gəncə şəhər sakininin qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Nicat Əlizadə saxlanılıb. Onun şəhərin Nizami küçəsində içarəyə götürdüyü yeməkxanada qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib. Faktla əlaqədar araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR