» » Gəncədə bir gecədə iki bıçaqlanma

Gəncədə bir gecədə iki bıçaqlanma

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 may 2014
//
Bölmə: Hadisə
Gəncədə bir gecədə iki bıçaqlanma



Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncənin müxtəlif ərazilərində iki cinayət hadisəsi baş verib.

Ötən gecə təxminən saat 23.30 radələrində Gəncənin müxtəlif ərazilərində iki cinayət hadisəsi baş verib. Hər iki hadisədə sərxoş vəziyyətdə olan 35 yaşlı şəhər sakinlərinə kəsici alətlə xəsarət yetirilib.

Gəncə şəhər sakini 35 yaşlı Səbuhi Qurbanov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə sərxoş halda Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilərək palataya yerləşdirilib. İlkin müayinələrdən sonra zərərçəkmişin bıçaq zərbəsi aldığı ehtimal edilir.

Şahin Quliyev - həkim: “Xəstə sərxoş vəziyyətdə gətirilib. Xəstə sol alın nahiyəsində, kürək nahiyəsində, sol said nahiyəsində və bel-oma nahiyəsində kəsilmiş yaralarla daxil olmuşdur. Yaralar işlənildi, sakitləşdirici dərmanlar vurulub və hal-hazırda şöbəyə yerləşdirilib”.

Digər bir cinayət hadisəsi isə şəhərin dəmir yol vağzalı ərazisində qeydə alınıb. Şəhər sakini 35 yaşlı Miroşniçenko Pavel Andreyeviçin bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə xəsarət yetirilib. Xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şahin Quliyev - həkim: “Bu xəstə də demək olar ki, sərxoş vəziyyətdə gətirilib. Bu da boyunun ön səthinin, kürəyin, sol bazu nahiyəsinin və bel-oma nahiyəsinin çoxsaylı kəsilmiş yaraları ilə daxil olmuşdur. Xəstənin yaraları birincili işlənildi, sonra stasionarda qalmaqdan imtina etdiyinə görə evə göndərildi”.

Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


QafqazPRESS.az
banner125x125 banner125x125