» » Ağır qəza “Niva”nın sürücüsünü həyatdan aldı

Ağır qəza “Niva”nın sürücüsünü həyatdan aldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Hadisə
Ağır qəza “Niva”nın sürücüsünü həyatdan aldı



Bu gün səhər saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 19-cu km-də, rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.

Beə ki, 1971-ci il təvəllüdlü Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil ilə 1982-ci il təvəllüdlü Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində ağır yaralanan Qafur Alxasov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


QafqazPRESS.az
banner125x125 banner125x125