» » MASALLIDA DAHA BİR AĞIR QƏZA: ÖLƏN VAR

MASALLIDA DAHA BİR AĞIR QƏZA: ÖLƏN VAR

Müəllif: Səma Zərdablı
//
Tarix: 12 iyul 2019
//
Bölmə: Sosial
MASALLIDA DAHA BİR AĞIR QƏZA: ÖLƏN VAR


Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
Qafqazpress.az xəbər verir ki, hadisə Masallı-Boradigah-Lənkəran yolunun Qızılavar kəndi ərazisində qeydə alınıb.
Masallı rayon sakini, Cavadov Nail Həsəndadaş oğlu idarə etdiyi İSUZU markalı 90 NK 834 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində yük maşınının kabinəsində olan sərnişin, 1989-cu il təvəllüdlü Əhmədov Cavid Vilayət oğlu hadisə yerində ölüb, 1994-ci il təvəllüdlü Səmədov Elməddin Elbar oğlu və sürücü N.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
banner125x125 banner125x125