Bakıda ana polisə oğlunun ölüm xəbərini verdi

Bakıda ana polisə oğlunun ölüm xəbərini verdi. Milli.Az xəbər verir ki, Sabunçu rayon sakini polisə zəng edərək bildirib ki, 25 yaşlı oğlu Rövşən Əhmədov özünü öldürüb. Hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları Sabunçu qəsəbəsində R.Əhmədovun özünü evin tavanındakı mildən kəndirlə asmasının şahidi olublar.
Mərhumun anası istintaqa ifadəsində deyib ki, oğlu spirtli içki qəbul edir, tüfeyli həyat sürürmüş. Özünü asan zaman da sərxoş olub.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, intihar hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR