Azərbaycanda iki uşaq atası özünü asdı
Goranboyda iki uşaq atası özünü asıb.
Milli.Az xəbər verir ki, Goranboy rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yolqulular kəndində baş verib.
Kənd sakini, 1974-cü il təvəllüdlü Kamal Bayramov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Məlumata görə, K.Bayramov ruhi xəstəlikdən əziyyət çəkirmiş. Bundan əvvəl də onun bir neçə dəfə intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR