Bakıdakı maskalı şəxslərin kimliyi bilində
Dünən səhər saatların “Lukoil” yanacaqdoldurma məntəsiqənə hücum edən və 5400 manat oğurlayan maskalı şəxlər həbs olunub.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin xüsusi əməliyyatı nəticəsində Bakı sakinləri 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, Ağsu sakini 22 yaşlı Mirəli Gəraylı, Bərdə sakini 25 yaşlı Sadiq Abbasov saxlanılıblar.
Qeyd edək ki, dəstə oğurluqdan əvvəl mağazadan “kapron” corab alaraq maska kimi istifadə edib. Daha sonra bıçaq, dəmir və taxta parçası və qohumlarından “Tofaş” markalı maşın götürərək yanacaq doldurma məntəqəsinə daxil olublar.
Maşını YDM-dən bir qədər kənarda saxlayan maskalı şəxslər “zapravka”nın işçilərini yerə uzadaraq kassadan 5400 AZN pul götürüblər. İz saxlamamaq üçün dəstə üzvləri müşahidə kamerasının monitorunu da özləri ilə aparıblar.
Gənclərin dünənki “qəhrəmanlığı” bununla bitmir. Dəstənin başçısı hesab olunan Əli Həsənli qrup üzvləri arasında pulu bölüşdürəndən sonra daha bir oğurluğa əl atır. Hövsan qəsəbəsində Aynurə Bayramova adlı vətəndaşın evinə pəncərədən daxil olaraq, bıçaqla ev sahibəsini təhdid edərək ondan 220 AZN pul və qızıl-zinət əşyaları götürüb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR