Xaçmazda qadın 23 yaşlı oğlanı bıçaqladı
Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Milli.Az RTV-yə istinadən bildirir ki, 23 yaşlı Xaçmaz rayonu, Armudpadar kənd sakini Məmmədov Famil Əhliman oğlu ötən gecə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan RTV-yə verilən məlumata görə, hazırda əməliyyat olunan xəstənin vəziyyəti ağırdır.
Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 25 yaşlı, Quba rayonu, Alpan kənd sakini Bələdova Aygün Gülağa qızı olduğu müəyyənləşib. Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR