» » Azərbaycanda güclü zəlzələnin ardından daha bir yer titrəməsi olub

Azərbaycanda güclü zəlzələnin ardından daha bir yer titrəməsi olub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyun 2014
//
Bölmə: Hadisə
Azərbaycanda güclü zəlzələnin ardından daha bir yer titrəməsi olub



30.06.2014
08:56

Xəzər dənizində zəlzələ baş verib.

AMEA Seysmoloji Xidmət Mərkəzinin mətbuat mərkəzindən anspress-ə daxil olan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01.30-da Xəzərin 39.34-51.81 kordinatlarında qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.1 bal gücündə hiss olunub.

Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

40 km dərinlikdə baş vermiş zəlzələ hiss olunmayıb.

--------
08:47

Axşam saatlarında baş verən zəlzələ əhalini qorxuya salıb. Milli.Az Kanal S-ə istinadən bildirir ki, Qax şəhərində hər kəs küçələrə axın edib. Zəlzələ əsasən də hündürmətəbəli yaşayış binalarında hiss olunub. Qax şəhərinin "5-mərtəbələr" adlanan yaşayış massivində hamı bir nəfər kimi evlərini boşaldıb. Əraziyə Qax RPŞ-nin əməkdaşları da gəliblər.

Zəlzələ baş verən anda Qax Rayon Təcili Tibbi Yardım Məntəqəsinə eyni anda 2 çağırış da daxil olub, çağırışlardan biri rayonun Qum kəndində, biri isə şəhər ərazisində qeydə alınıb. Təşvişə düşən sakinlərə ilkin yardımlar göstərilib. Zəlzələ nəticəsində dağıntı və tələfat olması barədə məlumat yoxdur. Yalnız episentrə yaxın ərazidə yerləşən Güllük kəndində bundan əvvəl baş vermiş zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumatlar var. Qeyd edək ki, zəlzələ Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb, 12 km dərinlikdə baş verən təkanlar episentrə yaxın yaşayış məntəqələrində 6 bala qədər hiss olunub.

X X X

“Zaqatala rayonunda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat daxil olmayıb. Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərin ərazilərinə baş çəkirik”. Bunu APA-ya açıqlamasında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib.

E. Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”.

APA-nın bildirdiyinə görə, bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb.

Zaqatala Rayon Mərkəzə Xəstəxanasından APA-ya bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: “Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.

Qax Rayon İcra Hakimiyyətindən də APA-ya bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və tələfat olması barədə məlumat daxil olmayıb: “Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumat var”.

Qax Rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.


----------------
29.06.2014
23:24

Milli.Az ABŞ Geoloji Xidmətinin saytına istinadən bildirir ki, Zaqataladan 9 km şimal-şərqdə, 34.4 km dərinlikdə, 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

---------
23:15

Milli.Az bigmir.net-ə istinadən bildirir ki, episentri Rusiya ərazisində göstərilən zəlzələnini maqnitudası 5,1 olub.

----------
23:08

Zaqatala rayonunda təxminən 20 dəqiqə əvvəl güclü zəlzələ olub.

Milli.Az-ın məlumatına görə, zəlzələ təxminən 5-6 bal gücündə hiss olunub.




QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125