Adil Əliyev də etiraz etdi
Azərbaycanda demokratiya olanda bəzi dövlətlərin heç müstəqilliyi yox idi.
Milli Məclisin deputatı Adil Əliyev ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə etirazını bildirib.
AzVision.az xəbər verir ki, deputat bu barədə özünün Facebook səhifəsində qeyd edib.
“Riçard Morninqstar “Azadlıq” radiosuna verdiyi müsahibəsində, deyir ki, demokratiya məsələsində biz bir-birimizi eşitmirik, məsələsi ilə tam razıyam.. Biz deyirik ki, Azərbaycanın 20% torpaqları işğal altındadır. Biz deyirik ki, bir milyon qaçqın və köçkünümüz var. Biz deyirik ki, ATƏT-in Minsk qrupunun üzvləri, məsələnin həllində acizdirlər, Ermənistanın diktəsi ilə oturub-dururlar. ABŞ isə bizi eşitmir, ya da ki, eşitmək istəmir. Azərbaycanın qədim tarixi var. Azərbaycanda demokratiya olanda bəzi dövlətlərin heç müstəqil dövləti yox idi, indi bizə demokratiya dərsi keçmək istəyirlər. Azərbaycanda demokratiya məsələlərini görmək istəyənlər, bu ölkədə demokratiyanı pozmazlar, vətəndaşların yolunu kəsməzlər”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR