» » Bakıda 165 nəfəri öldürən səbəb

Bakıda 165 nəfəri öldürən səbəb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 avqust 2014
//
Bölmə: Hadisə
Bakıda 165 nəfəri öldürən səbəb



2014-cü il yanvarın 1-dən avqustun 2-dək Bakı şəhəri üzrə 529 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 165 nəfər həlak olub, 554 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 51 fakt, ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 51 nəfər azalıb.

V.Əsədovun sözlərinə görə, hadisələrin təhlilinə nəzər saldıqda məlum olur ki, hadisələr əsasən sürət həddinin aşılması, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarının və manevr qaydalarının pozulması nəticəsində baş verir. Bu isə sürücü diqqətsizliyi, piyada səhlənkarlığı və hərəkət zamanı ani diqqətsizliyin nəticəsidir.



QafqazPRESS.az
banner125x125 banner125x125