» » Moskva metrosunda faciə: 21 ölü, 150-yə yaxın yaralı

Moskva metrosunda faciə: 21 ölü, 150-yə yaxın yaralı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Moskva metrosunda faciə: 21 ölü, 150-yə yaxın yaralı



20:58

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb.


Milli.Az APA-ya istinadən bildirir ki, səhər saatlarında baş verən qəza nəticəsində yaralanan 136 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 42 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bölməsinin rəisi müavini Yuri Akimov jurnalistlərə açıqlamasında xilasetmə işlərinin davam etdiyini söyləyib: "Hazırda iki yaralı hadisənin baş verdiyi yerdə qalıb. Xilasedicilər onları vaqondan çıxarmağa çalışırlar".


Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt meropoliteninin "Park Pobeda" və "Slavyanskiy bulvar" stansiyaları arasında metronun üç vaqonu relsdən çıxıb. Son məlumatlara görə, hadisə nəticəsində 21 nəfər ölüb, 130-dan çox yaralı var.


----------
18:01

Son məlumatlara görə, Moskva metrosunda ölənlərin sayı 20 nəfərə çatıb.
Trend Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilirdi.
150-yə yaxın insanın yaralandığı xəbər verilir.

----------
17:03

"Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 19-a çatıb".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov deyib.

Moskva merinin müavini Pyotr Biryukov isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 12 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, hazırda Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.


----------
16:31

Moskva metrosunda qəza nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb. Bu barədə jurnalistlərə FH üzrə şəhər komissiyasının rəhbəri, Moskva merinin müavini Pyotr Biryukov bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.
O deyib: "Həlak olarlar haqqında son rəqəm on beş nəfərdir".
150-yə yaxın insanın yaralandığı xəbər verilir.

Xatırladaq ki, çərşənbə axşamı səhər pik saatda "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda 3 vaqon relsdən çıxıb. Qəzanın səbəbləri hələlik aydın deyil: paytaxt xilasediciləri elektrik xətlərində gərginliyin kəskin dəyişməsi, Moskva metropoliteni tüstülənmə haqqında danışır.

---------
14:24

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva metrosunda baş vermiş qəza zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

----------
13:37

Milli.Az İTAR-TASS-a istinadən bildirir ki, Moskva metrosundakı qəzada ölənlərin sayı artıq 10 nəfərə çatıb. 120 yaralı var.

---------
13:25

Milli.Az Rusiya mətbuatına istinadən xəbə verir ki, Moskva metrosunda baş vermiş qəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

----------
13:06

Milli.Az bildirir ki, Moskva metrosundakı qəzada həlak olanların sayı 4 nəfərə çatıb. Moskva Səhiyyə Departamentindən verilən məlumata görə, 95 yaralı var. Onların 53 nəfəri ağır vəziyyətdədir.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markinin dediyinə görə, qəza faktı ilə bağlı cinayət işi qaldırılacaq.

---------
12:35

Milli.Az İnterfaks-a istinadən bildirir ki, Moskva metrosundakı qəzanın səbəbi "Arbat" - "Pokrovskaya Liniya" sahəsində qatarın 3 vaqonunun relslərdən çıxmasıdır.

İnsident "Slavyanski bulvar" stansiyasından mərkəzə doğru 200 metr aralıda, qatar tuneldə olanda baş verib.
20 sərnişin əyilib aşmış vaqonlardan birində qalıb.

---------
12:06

Moskva metrosundakı qəzada 2 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə İTAR-TASS məlumat verir. LifeNews isə məlumat verir ki, 3 nəfər həlak olub, 80 nəfər yaralanıb.
Metrodan sərnişinlərin təlxiyyəsi hələ başa çatmayıb.

---------
11:51

Moskva metrosunda qatarın "Molodyojnaya" və "Slavyanskiy bulvar" stansiyaları arasındakı tuneldə qəfil dayanması nəticəsində 30 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti hadisə yerindəki operativ qərargahın nümayəndəsinə istinadən xəbər verib.

Agentliyin müsahibi deyib ki, 30 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısında zədə və sıyrıntılar var.

Müsahibin sözlərinə görə, "Slavyanskiy bulvar" stansiyasına çıxan sərnişinlər üçün əlavə yerüstü nəqliyyat təşkil olunub.




QafqazPRESS.az
banner125x125 banner125x125