» » Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 mart 2019
//
Bölmə: Hadisə / Səhiyyə

Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.
  Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Qafqazpress.az-ın xəbərinə görə, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda baş verib.

Faktı İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur".(report)
banner125x125 banner125x125