Azərbaycanda kişi əvvəlcə xanımını, sonra özünü güllələdi
09.07.2014
08:42
Şəmkirdə həyat yoldaşının və özünün canına qıyan kişi ruhi xəstə olub.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. Kişi əvvəlcə həyat yoldaşını, sonra isə özünü ov tüfəngi ilə qətlə yetirib.
Hadisə iyul ayının 8-i saat 16 radələrində Şəmkirin Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 28 yaşlı Bəsti Zeynalovanı ov tüfəngi illə güllələyib. Daha sonra Qarayev həmin silahla özünə atəş açıb. Bəsti Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib, Seyfəddin Qarayev isə yaxınlarının köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Murad Məmmədov, həkim: "Xəstə Seyfəddin Qarayev xəstəxanaya çatdırılarkən çox ağır vəziyyətdə olub. Ona bütün lazımi yardımlar göstərilib. Buna baxmayaraq xəstənin ağciyəri və digər orqanları tam zədələndiyindən onu həyata qaytarmaq mümkün olmayıb".
Qeyd edək ki Seyfəddin Qarayevlə Bəsti Zeynalovanın rəsmi nikahları olmayıb. Qarayev buna qədər bir neçə dəfə müxtəlif şəxslərlə ailə həyatı qurub. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Baş vermiş hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
------------------
08.07.2014
19:29
İyulun 8-i saat 16:00 radələrində Şəmkirin Aşağı Seyfəli kəndində dəhşətli qətl hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib.
Daha sonra Qarayev həmin silahla özünə atəş açıb. Bəsti Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı Seyfəddin Qarayev yaxınlarının köməkliyi ilə dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR