» » İSTANBULDAN BAKIYA GƏLƏN AVTOBUS QƏZAYA DÜŞDÜ

İSTANBULDAN BAKIYA GƏLƏN AVTOBUS QƏZAYA DÜŞDÜ

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 iyul 2019
//
Bölmə: Hadisə
İSTANBULDAN BAKIYA GƏLƏN AVTOBUS QƏZAYA DÜŞDÜ


Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.
Qafqazpress.az xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.