» » Azərbaycanda sərnişin avtobusu aşdı: yaralılar var

Azərbaycanda sərnişin avtobusu aşdı: yaralılar var

Müəllif: Sevinc Novruzova
//
Tarix: 31 avqust 2014
//
Bölmə: Hadisə
Azərbaycanda sərnişin avtobusu aşdı: yaralılar var



İlkin ehtimala görə qəzaya səbəb avtobusun sürücüsünün qarşı yola çıxması olub
Pressaz.com saytının verdiyi məlumatına görə, bu gün səhər Qax rayonu ərazisində, Zaqatala yolunda ağır qəza baş verib. 02-BC-942 dövlət nömrə nişanlı avtobus ilə 46-BG-615 dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik maşını toqquşub. İlkin ehtimala görə qəzaya səbəb avtobusun sürücüsünün qarşı yola çıxması olub.

Sürətin yüksək olması "VAZ 21015" markalı avtomobilin güclü deformasiyaya uğraması və avtobusun aşması ilə nəticələnib. "VAZ 21015"in sürücüsü yüngül xəsarət alsa da, sərnişin ağır yaralanıb. Avtobusun sərnişinləri arasında da yaralananlar var. Xəsarət alanlara yerində ilkin yardım göstərilib, ağır yaralı olan "VAZ 21015" markalı avtomobildəki sərnişin xəstəxanaya çatdırılıb. Daha dəqiq məlumatlar araşdırmalardan sonra veriləcək.



QafqazPRESS.az
banner125x125 banner125x125