“Qarabağ” Avroliqada yeni mövsümə İsraildə start verir – AFİŞA
Bu gün UEFA Avropa Liqasında mövsümə start veriləcək.
Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi bu gün yer aldığı İ qrupunda ilk oyununa çıxacaq.
Qurban Qurbanovun yetirmələri yarışa İsraildə başlayacaq. Ağdamlılar Təl-Əvivdə “Makkabi” ilə üz-üzə gələcək.
Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda isə 7-ci dəfə qrupda yarışacaq təmsilçimiz uğurlu başlanğıc etməyə ümid edir.
Qrup səddini aşmağı hədəfləyən “Qarabağ” səfərdə qalib gəlməyə çalışacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur, İ qrupu
22 oktyabr
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton (Şotlandiya)
Təl-Əviv. “Blumfeld” stadionu
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR