Tərtərdə bir neçə evə mərmi düşüb
Ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində yaşanan gərginliklə bağlı icra başçıları açıqlama veriblər.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən gecə də rayonun təmas xətlərinə yaxın kəndləri atəşə məruz qalıb: “Yuxarı Qapanlı kəndində ikimərtəbəli evin ikinci mərtəbəsi dağılıb, Əskipara kəndində üç evə mərmi düşüb. Seyidimli kəndində isə məcburi köçkünün evinə və tövləsinə ziyan dəyib. Kənd əhalisindən xəsarət alan yoxdur. Hazırda atışma dayanıb, camaat öz işiylə məşğuldur”.
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov isə deyib ki, ötən gecə baş verən atışmada Təzəkənd kəndində boş sahəyə 8 mərmi düşüb. Sahənin yaxınlığında isə əhali yaşamır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR