Cüdo millimiz Avropa çempionatını dörd medalla başa vurdu - FOTO
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb.
Ağır çəkili (+100) cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə macarıstanlı Riçard Şipoça uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorentso Aqro Silvaini məğlub edib. Beləliklə, Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb. Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq) gümüş, Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR